Əfsanəvi futbolçu öldü
Bizi izləyin

İdman

Əfsanəvi futbolçu öldü

Bu gün, fevralın 4-də əfsanəvi isveçli hücumçu Kurt Hamrin 89 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, onun ölümünün səbəbləri açıqlanmır.

Hamrin 1956-1971-ci illərdə İtaliya A Seriyasında "Yuventus", "Padova", "Fiorentina", "Milan" və "Napoli"dəki çıxışları ilə tanınıb. Ümumilikdə İtaliya çempionatında 400 oyun keçirib və 190 qol vurub. Hamrin A Seriyasının bombardirləri siyahısında doqquzuncu (və əcnəbilər arasında ikinci) yerdədir.

Hamrin həm də Qabriel Batistuta ilə birə “Fiorentina” tarixinin şərikli bombardiridir - hər biri 203 qol.
1953-1965-ci illərdə İsveç millisinin heyətində 32 oyun keçirib və 17 qol vurub. Onun sıxış etdiyi İsveç yığması 1958-ci ildə keçirilən dünya çempionatının finalına yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm