Klopp "Liverpul"dan ayrıldıqan sonra bu işlə məşğul olacaq
Bizi izləyin

İdman

Klopp "Liverpul"dan ayrıldıqan sonra bu işlə məşğul olacaq

Mövsüm başa çatdıqdan sonra " Liverpul"un baş məşqçi postunu tərk edədəcək Yurgen Klopp tikinti işləri ilə məşğul olmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Klopp hazırda iki yeni ev inşa etdirir. Onlardan biri vətəni Visbadendə, digəri isə Mayorkadadır. İkinci yeri Belear adalarında istirahət etməyi sevdiyi üçün seçib.

Almaniyadakı evi böyüyən ailəsi üçün tikir. Çünki o, bir müddət öncə ilk dəfə baba olub. Həmin evin tikintisi 2022-ci ilin iyunundan başlsa da, proses Kloppun "Liverpul"dakı işi ilə əlaqədar elə də sürətli getməyib. İndiyə qədər bütün prosesə həyat yoldaşı nəzarət edib.

Ancaq Yugen yayda hər şeyə şəxsən özü nəzarət edəcək. O, ailəsinə bildirbi ki, məşqçilik fasiləsi zamanı tikintiyə özü şəxsən rəhbərlik edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm