İdman
İdmançıya ağır cəza: Bu səhvinə görə karyerası bitdi
Sarah Cepçirçirin idmançı kimi fəaliyyətinə Atletika Dürüstlük Komissiyası (AIU) tərəfindən 8 il müddətinə qadağa qoyulub.
Publika.az xəbər verir ki, keniyalı idmançı dopinq qəbul etdiyinə görə bu cəzaya məruz qalıb.
2017-ci ildə Tokio marafonunun qalibi olan Cepçirçir karyerasında ikinci dəfə antidopinq qaydalarını pozub. Məhz buna görə 40 yaşlı atlet 8 illik diskvalifikasiyaya məruz qalıb.
Bədənində anormal testosteron səviyyəsi aşkar edilib. Nümunə 2023-cü ilin noyabrında Tailandda Çonburi marafonunda yarışarkən götürülüb. Diskvalifikasiyanı Atletika Dürüstlük Komissiyası (AIU) elan edib. Təşkilat qərarı rəsmi saytında dərc edib və təsdiqləyib.
İdmançının karyerasında ilk qayda pozuntusu 2018-ci ildə baş verib. Onun bioloji pasportunda bəzi problemlər aşkarlanıb. Araşdırma prosesi 12 ay çəkib. Nəticədə keniyalı atlet 4 illik diskvalifikasiya edilib.
Cepçirçirdir antidopinq qaydalarını pozan yeganə Keniya təmsilçisi deyil. Titus Ekiru, Betti Vilson Lempus və Diana Kipiokey da ağır cəzaya məruz qalıb.
Heybət
-
Magazin206:16
Cennifer Lopezin adı məşhur qalmaqada HALLANDI
-
MDB04:44
Putin anasının əsas kumirinin adını AÇIQLADI
-
Magazin101:41
Razi yeni doğulan oğlunu göstərdi - VİDEO
-
Sosial01:30
Azərbaycanda kərə yağı YENƏ BAHALAŞDI
-
İdman00:30
Messi 504 milyonluq səhifəsində Azərbaycanla bağlı PAYLAŞIM ETDİ - VİDEO
-
Mistika00:15
Günün ULDUZ FALI - Böyük uğurlar qazana biləcəksiniz
-
İKT12 Dekabr 23:48
İnternetdə "iPhone 17" korpusunun ilk real FOTOSU YAYILDI
-
Magazin212 Dekabr 22:00
Selena Qomezin brilyant nişan üzüyünün qiyməti "ƏL YANDIRIR"