Alveslə bağlı şok iddia: İntihar edəcək
Bizi izləyin

İdman

Alveslə bağlı şok iddia: İntihar edəcək

Həbsdə olan braziliyalı futbolçu Dani Alves ciddi nəzarətə götürülüb.

Publika.az xəbər verir ki, həbsxana xidməti braziliyalıya futbolçu ilə bağlı intihar əleyhinə protokol tətbiq edib.

40 yaşlı futbolçunun işi üzrə məhkəmə iclasları ötən həftə başlayıb. Futbolçunu 9 ildən 15 ilə qədər həbs gözləyir. Bundan sonra onun psixi vəziyyəti xeyli pisləşib. İspaniyanın "Telecinco" telekanalının məlumatına görə, nəticədə həbsxana rəhbərliyi intihara qarşı mübarizə protokolu tətbiq etməyə məcbur olub.

"Həddindən artıq yüksək tədbirlər görülüb. Məhkəmənin nəticəsi olaraq depressiyaya düşüb. Depressiyaya düşmüş, ruhdan düşmüş kimi görünür. Psixoloqlar, məmurlar ona dəstək olmağa çalışır. Onun özünə zərər verəcəyindən, çılğın və ya qəddar bir iş görəcəyindən qorxaraq protokoldan istifadə edildi. Bu, məhkəmənin ertəsi günü qüvvəyə minib”, - deyə Alveslə kameranı paylaşan məhbus bildirib.

Protokol braziliyalının daimi monitorinqinə əsaslanır. Mühafizəçilər Alvesin otağına təhlükəli əşyalara girişinin olmamasına zəmanət verəcəklər. Bundan əlavə, 40 yaşlı məhbusun hərəkəti məhdudlaşdırılacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm