Kapitan "Bayern"dən gedir: Baş verənlərdən narazıdır
Bizi izləyin

İdman

Kapitan "Bayern"dən gedir: Baş verənlərdən narazıdır

"Bayern"in yarımmüdafiəçisi Coşua Kimmix mövsümün sonunda klubu tərk etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Mənbənin sözlərinə görə, yarımmüdafiəçi komandanın bəzi üzvləri ilə münasibətlərinin korlanmasından sonra “Bayern”də qalmaq istəmir. O hesab edir ki, məşqçilər korpusunun üzvləri daha ona hörmət etmir.

Kimmix 2015-ci ildən "Bayern"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

Bu mövsüm vitse-kapitan Münhen təmsilçisinin heyətində bütün yarışlarda 25 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Bohum"a məğlubiyyətdən sonra (2:3) Kimmix Tomas Tuxelin köməkçisi Yolton Lev ilə mübahisə edib. Onlar arasındakı gərginlik əlbəyaxa qarşıdurmaya qədər uzanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm