İdman
Yunanlar “Fənər”in futbolçusunun restoranını hədəf aldılar

Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Edin Dzeko Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra “Olimpiakos” azarkeşlərinin təzyiqi ilə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Yaqız Sabunçuoğlu məlumat verib.
Jurnalistin sözlərinə görə, “Olimpiakos” azarkeşləri Xorvatiyanın Dubrovnik şəhərində “Fənərbağça”nın forvardına məxsus olan “Restaurant EZZA” restoranını nüfuzdan salmaq üçün kampaniya təşkil edərək, məşhur səyahət saytı “TripAdvisor”da qurum haqqında mənfi rəylər yazıblar.
Bunun ardınca hərəkətə keçən “Fənərbağça” azarkeşlərindən müsbət rəylər aldıqdan sonra Dzekonun restoranı “TripAdvisor”da populyarlığına görə ilk üç müəssisədən biri olub.
Xatırladaq ki, Yunanıstanın Pirey şəhərindəki “Georgios Karaiskakis” stadionunda keçirilən görüş “Olimpiakos”un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

-
Hadisə01:20
Azərbaycanda dəhşətli hadisə: Toydan çıxan 18 yaşlı gənc damarlarını kəsdi
-
Qoroskop00:55
Günün qoroskopu: maddi fürsətlər doğa bilər
-
Region25 Aprel 22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal25 Aprel 21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq25 Aprel 20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya25 Aprel 19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya25 Aprel 18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika25 Aprel 17:37
İlham Əliyev üç sərəncam imzaladı