İdman
Daha bir əfsanə karyerasını bitirir
“Atletik Bilbao”nun və İspaniya millisinin yarımmüdafiəçisi Raul Qarsiya mövsümün sonunda peşəkar karyerasını başa vuracaq.
Publika.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
“Əsl əfsanə olan Raul Qarsiya, klubdakı ən böyük nailiyyəti olan Kral Kubokunu qazandıqdan bir həftə sonra, 37 yaşında futboldan getməyə qərar verdi.
Bu səviyyəli futbolçunun on ilə yaxın bizim bayraq altında keçirməsi “Atletik” üçün əsl şərəfdir”, – deyə məlumatda bildirilir.
“Atletiko Madrid”in üzvü kimi Qarsiya İspaniya çempionu və Avropa Liqasının qalibi olub, İspaniya Kubokunu və Superkubokunu, həmçinin iki UEFA Super Kubokunu qazanıb. O, La Liqada keçirilən oyunların sayına görə 3-cü yerdədir (602 matç). Bu göstəricidə o, Andoni Subisarreta və Xoakindən (622) geri qalır. Ümumilikdə, Qarsiya klub səviyyəsində 811 oyun keçirərək 148 qol vurub.
-
Hadisə16:23Lənkəranda iki nəfərin yanmış cəsədi tapıldı
-
Sosial15:14"Bu Şəhərdə"nin Qurban Qurbanovla bağlı səhnəciyi narazılıq yaratdı - VİDEO
-
MDB14:04Göldən çantaya qoyulmuş uşaq başı tapıldı - FOTO
-
MDB13:53Damba dağıldı sel suları kəndi basdı - VİDEO
-
Maraq dünyası12:50Ərəblər dünyanın ən hündür otelini açdılar - FOTOLAR
-
Avropa12:25Finlandiya prezidentindən Ukrayna ilə bağlı bədbin proqnoz
-
İKT11:00BDT rəhbəri: Azərbaycanda qonağa tanrının əmanəti kimi baxırlar!
-
MDB10:02Rusiya sovet dövrünə qayıdır: Dron hücumlarını xalqa radio ilə elan edəcəklər

































.jpg)



