"Qızıl Top"a namizədlərin reytinqi: Ronaldo ilə Messi görün neçəncidir
Bizi izləyin

İdman

"Qızıl Top"a namizədlərin reytinqi: Ronaldo ilə Messi görün neçəncidir

"Goal.com" portalı 2023/2024 mövsümündə "Qızıl top" ("Ballon d'Or") uğrunda mübarizə aparan favoritlərinin yenilənmiş reytinqini dərc edib.

Publika.az xəbər verir ki, 20 futbolçunun yer aldığı siyahıya "Real"ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir. İkinci sırada daha bir ingilis futbolçu yer alıb. Bu, "Mançester Siti"nin gənc ulduzu Fil Fodendir. "İlk üçlüy"ü PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe tamamlayır.

"Əl-Nəsr" və "İnter Mayami"də çıxış edən Kriştiano Ronaldo ilə Lionel Messi reytinqin son sıralarında qərarlaşıblar.

"Ballon d'Or" üçün ən yaxşı 20 favorit:
1. Cud Bellinqem (Real).
2. Fil Foden (Mançester Siti).
3. Kilian Mbappe (PSJ)
4. Erlinq Haaland (Mançester Siti).
5. Rodri (Mançester Siti).
6. Harri Keyn (Bayern).
7. Vinisius Junior (Real).
8. Antuan Qrizmann (Atletiko).
9. Floryan Virts (Bayer).
10. Bukayo Saka (Arsenal).
11. Məhəmməd Salah (Liverpul).
12. Yulian Alvares (Mançester Siti).
13. Kevin De Bruyne (Mançester Siti).
14. Bernardo Silva (Mançester Siti).
15. Deklan Rays (Arsenal).
16. Vircil van Deyk (Liverpul).
17. Lautaro Martinez (İnter).
18. Rodriqo (Real).
19. Kriştiano Ronaldo (Əl-Nəsr).
20. Lionel Messi (İnter Mayami).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm