"Barselona"nın prezidentindən Xavi açıqlaması: Mövsümün sonunda...
Bizi izləyin

İdman

"Barselona"nın prezidentindən Xavi açıqlaması: Mövsümün sonunda...

"Barselona"nın prezidenti Xuan Laporta maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, Xavinin Kataloniya klubunun baş məşqçisi postunda qala biləcəyini söyləyib:

“Mövsümün sonunda bu məsələni müzakirə edəcəyik. Çox yaxşı işləyir. Dediyini dedi. Amma başa düşürəm ki, məsələ açıqdır və hələ də oyunu təkrar oynamaq mümkündür. Başa düşürəm ki, şərait onu buna məcbur edib. Amma mövsümün sonunda danışarıq. Bunun üçün hələ vaxtımız var”.

Qeyd edək ki, La Liqanın 31 turundan sonra "Barselona" lider "Real"dan 8 xal geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bu gün "Barselona" Parisdə qalib gəldiyi (3:2) PSJ ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu keçirəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm