İdman
Əfsanəvi hücumçu karyerasını bərpa etdi - 58 YAŞINDA

Braziliya millisinin sabiq üzvü Romario karyerasını 58 yaşında bərpa edib.
Publika.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Əfsanəvi hücumçu prezidenti olduğu “Amerika Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. Veteran futbolçu bu klubda minimum əməkhaqqı qədər maaş alacaq. Həmin məbləği də kluba bağışlayacaq.
Hazırda D Seriyasında mübarizə aparan klubda Romarionun oğlu Romarinyo da forma geyinir.
Qeyd edək ki, futbolçu karyerasına 1985-ci ildə "Vako de Qama"da başlayan Romario son olaraq elə “Amerika Rio-de-Janeyro”da çıxış etmişdi. O, Braziliya millisinin heyətində 1987-2005-ci illər ərzində 70 oyun keçirib və 55 qol vurub.
Heybət

-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı
-
İdman06:46
Roberto Baccio Messiyə görün nə hədiyyə etdi - FOTO