“Napoli” ulduzunu geri qaytarır
Bizi izləyin

İdman

“Napoli” ulduzunu geri qaytarır

“Napoli” komandanın keçmiş müdafiəçsi, hazırda “Bavariya”da çıxış edən Kim Min Jeni geri qaytara bilər.

Publika.az xəbər verir ki, keçidin reallaşmasına transfer qiymətinin yüksək olması və futbolçunun illik 8,5 milyon avro maaşı mane ola bilər.

Kim Min Je Münhen klubuna 50 milyon avroya satılmazdan əvvəl ötən mövsümün çempionu “Napoli”nin əsas oyunçusu idi. Lakin 27 yaşlı cənubi koreyalı Almaniya təmsilçisinin əsas heyət üzvünə çevrilə bilmir. Neapollular bu məqamdan yararlanmaq istəyir.

Qeyd edək ki, Kim Min bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 29 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm