Təcavüzkar məşqçi günahsız elan olundu, etiraz dalğası başlandı - VİDEO
Bizi izləyin

İdman

Təcavüzkar məşqçi günahsız elan olundu, etiraz dalğası başlandı - VİDEO

Bir neçə ay əvvəl “Santos”un qadınlardan ibarət komandasının baş məşqçisi Kleyton Lima ilə bağlı qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, məşqçi futbolçuları təhqir etməkdə şübhəli bilinib. Nəticədə ona qarşı ittihamlar götürülsə də, məşqçi istefa verib.

Ötən ilin sentyabrında Braziliya mətbuatı “Santos” qadın komandasının baş məşqçisi Kleyton Limanın qadın futbolçulara təcavüz etməkdə şübhəli bilindiyini yazıb. Məşqçiyə qarşı 19 anonim ittiham irəli sürülüb. Qalmaqaldan sonra 49 yaşlı çalışdırıcı klubu tərk edib. Nəticədə braziliyalının günahı sübuta yetirilməyib.

Son günlər bu səs-küylü iş yenidən gündəmə gəlib. Aprelin 2-də “Santos” rəhbərliyi Limanın komandaya qayıdacağını açıqlayıb. Funksionerlər məşqçiyə qarşı heç bir sübut tapmadıqlarını bildiriblər. Braziliya klubunun qərarı geniş etirazlara səbəb olub. Cümə günündən bəri liqadakı bütün oyunçular məşqçinin qayıtmasına etiraz edirlər.

Qarşılaşmalardan əvvəl qadın futbolçular ağızlarını bağlayaraq susduqlarını göstərməyə çalışıblar. “Palmeyras” və “Avay” klublarının üzvləri Limaya qarşı irəli sürülən ittihamların sayının simvolu olan 19 nömrəli köynək geyinərək etiraza çıxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm