Olimpiadada medal qazanan idmançılara bu qədər mükafat veriləcək
Bizi izləyin

İdman

Olimpiadada medal qazanan idmançılara bu qədər mükafat veriləcək

2024-cü il Olimpiya Oyunlarında ukraynalı idmançıların qazandıqları medallara görə ala biləcəkləri pul mükafatının məbləği açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukryna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Vadim Qutsayt məlumat verib.

“Premium vəsaitlər büdcəyə daxil edilib. Birinci yerə 125 min, “gümüş” və “bürünc” üçün isə 100 min və 80 min dollar mükafat veriləcək. Bundan əlavə, idmançılar təqaüd alırlar. Yəni motivasiya çox güclüdür. Amma əminəm ki, indi az adam pul haqqında düşünür. İndi hər kəs dövlətimizi şöhrətləndirmək haqqında düşünür”, – Qutsayt “Radio Culture”a müsahibəsində deyib.

Qeyd edək ki, Tokioda keçirilən əvvəlki Olimpiada ilə müqayisədə ukraynalıların qızıl medala görə pul mükafatı dollar nominasiyasında dəyişməz qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm