İdman
Nazir BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti Gənclər Forumunda iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, forumun ilk günü F.Qayıbov sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, ikinci günü isə iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib.
Nazir həmçinin ICYF tərəfindən keçirilən “PEACE Side Event” görüşünə də qatılıb.
ABŞ-yə səfər çərçivəsində Fərid Qayıbov BMT Gənclər Ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın Gənclər üzrə milli katibi Ronald Luiz Dos Santos və ABŞ Dövlət Departamentinin qlobal gənclər üzrə xüsusi elçisi Ebbi Finkenauerlə ikitərəfli görüşlər keçirib.
Qeyd edək ki, F.Qayıbov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə birgə Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimiz, o cümlədən idmançılarla da görüşüb.

-
Magazin206:16
Dua Lipa açıq-saçıq libasda elə pozalar verdi ki... - FOTO
-
Magazin103:13
Aysun yenidən ərə gedəcək? - “İstəyirəm ki…”
-
ABŞ02:42
ABŞ “Azadlıq” radiosunu PULSUZ QOYDU
-
Region01:41
İranlı general ABŞ-yə xəbərdarlıq etdi
-
Magazin100:45
Damlaya nə olub? - Özü paylaşım edib ki...
-
Mistika00:15
Günün ULDUZ FALI - Gözlənilməz gəlir sizi sevindirəcək
-
Sosial15 Mart 23:36
Sabiq məmur vəfat etdi - FOTO
-
Sosial15 Mart 23:00
Bu şəxslərin müavinəti tamamilə ləğv oluna bilər