Bu ölkədən Çempionlar Liqasına 6 komanda gedə bilər
Bizi izləyin

İdman

Bu ölkədən Çempionlar Liqasına 6 komanda gedə bilər

Avropa Liqasında İtaliya təmsilçiləri “Roma” və “Atalanta”nın yarımfinala adlaması bu ölkənin futbolu üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, İtaliya komandalarının uğurlu çıxışları sayəsində 2024/2025 mövsümündə A Seriyasından 5 komanda Çempionlar Liqasında mübarizə aparacaq. Bu, ÇL-in yeni formatı üçün müəyyən edilən qaydaya görədir. A seriyası UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı 2 liqasında yer alması sayəsində qitənin bir nömrəli klub turnirinə əlavə yeri təmin edib.

Bunun sayəsində A Seriyasından gələn mövsüm Avropa yarışlarına 8 klub yollanacaq. Onlardan 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında və 1-i isə Konfrans Liqasında mübarizə aparacaq.

Maraqlıdır ki, “Roma” hazırda A Seriyasının turnir cədvəlində 5-ci, “Atalanta” isə 6-cı sıradadır. Əgər bu klublardan biri Avropa Liqasını qazansa, lakin A Seriyasını 5-ci pillədən aşağıda başa vurarsa, o zaman İtaliya 2024/2025 Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq.

Qeyd edək ki, “Roma” “Milan”ı (1:0, 2:1) “Atalanta” isə “Liverpul”u (3:0, 0:1) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm