İdman
Məşhur kluba ağır cəza - 18 xalı silindi

Niderland Kral Futbol Assosiasiyasının (KNVB) müstəqil lisenziya komitəsi lisenziya qaydalarına əməl etmədiyi üçün “Vitess”in 18 xalını silib.
Publika.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Bu sanksiyadan sonra klubun 30 turdan sonra turnir cədvəlində mənfi bir xalı var. Niderland çempionatının başa çatmasına dörd tur qalıb. “Vitess”in yüksək liqada yerini qorumaq üçün şansı yoxdur. Beləliklə, klub 35 ildən sonra ilk dəfə elitanı tərk edəcək.
“Sarı-qaralar” artıq rəsmi internet saytında bu qərardan apellyasiya şikayəti vermək niyyətində olmadıqlarını açıqlayıb. “Vitess”in müvəqqəti direktoru Edvin Reyntesin sözlərinə görə, bunun müqabilində klub lisenziyasını saxlamaq şansı əldə edəcək.
Xatırladaq ki, daha öncə “sarı-qaralar”a növbəti mövsümə lisenziya verilməyəcəyi və onların dağılmaq təhlükəsi ilə üzləşdiyi haqda məlumat yayılmışdı.

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi