"Sabah" və "Səbail" qalib gəldi
Bizi izləyin

İdman

"Sabah" və "Səbail" qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

Publika.az xəbər verir ki, “Kəpəz” “Sabah”ı qəbul edib. Görüş “tələbələr”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “Araz-Naxçıvan” və “Səbail” komandaları üz-üzə gəliblər. Bu matç isə ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb

Turun daha əvvəl reallaşan qarşılaşmalarında “Sumqayıt” “Turan Tovuz”u 4:1, “Zirə” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. “Qarabağ” – “Qəbələ” oyunu isə qollu heç-heçə ilə bitib - 2:2.

Bu nəticədən sonra daha əvvəl çempionluğunu rəsmiləşdirən “Qarabağ” 73 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 49 xalı olan “Zirə” ikinci, eyni xala malik (47 xal) “Sumqayıt” ilə “Neftçi” isə üçüncü və dördüncü pillələri bölüşürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm