"El Klasiko"da zirvəni ələ keçirdi: Həmyerliləri ona həsəd aparır
Bizi izləyin

İdman

"El Klasiko"da zirvəni ələ keçirdi: Həmyerliləri ona həsəd aparır

La Liqanın 32-ci turu çərçivəsində baş tutan "Real" - "Barselona" oyunu (3:2) Madrid klubunun futbolçusu Vinisius Junior üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, "qalaktikos"un braziliyalı hücumçusu penaltini dəqiq yerinə yetirib. Bu, onun "El Klasiko"da 7-ci qolu olub.

O, derbi tarixində fərqlənən braziliyalılar siyahısında birinci olan Ronaldonu (6) qabaqlayaraq, lider olub.

Sonrakı sıralarda hərəyə 5 dəfə fərqlənən Covanni, Rivaldo və Ronaldinyo qərarlaşıb. Neymar və Romario isə "El Klasiko"d 3 qol vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm