Yarış faciə ilə bitdi
Bizi izləyin

İdman

Yarış faciə ilə bitdi

Şri-Lankada “Fox Hill Supercross” yarışı faciəvi şəkildə başa çatıb.

Publika.az xəbər verir ki, tamaşaçıların iştirakı ilə baş verən qəzada 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yarış zamanı sürücülərdən biri digər avtomobilə yol verib. Daha sonra o, idarəetməni itirərək avtomobili magistral yol boyu toplaşan insanların üzərinə sürüb. Yaralılara yardım göstərmək üçün dərhal təcili yardım maşınları hadisə yerinə gəlib. Onlardan bəzilərini xilas etmək mümkün olmayıb. 7 qurban arasında 4 hakim və 8 yaşlı qız da var. Ümumilikdə 23 nəfər xəstəxanaya çatdırılıb. dünyasını dəyişib.

Yarış yarımçıq qalıb. Onun bərpası real görünmür.

Sürücünün vəziyyəti və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə təfərrüatlar açıqlanmır. Məlum olan odur ki, polis yarışın təşkilatçılarına qarşı araşdırmaya başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm