"Qarabağ" finalda!
Bizi izləyin

İdman

"Qarabağ" finalda!

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

Publika.az xəbər verir ki, yarımfinalın cavab matçında "Qarabağ" "Neftçi"ni sınağa çəkib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1.

"Köhlən atlar"da qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. 64-cü dəqiqədə Reziuan Mirzov "ağ-qaralar"ın təsəlli qoluna imza atıb.

İlk matçda rəqibini dörd cavabsız qolla üstələyən "Qarabağ" finala vəsiqə qazanıb.

Qeyd edək ki, ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə" ilə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm