Premyer Liqa tarixinə antirekordla düşdülər
Bizi izləyin

İdman

Premyer Liqa tarixinə antirekordla düşdülər

İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınmış matçda "Şeffild Yunayted" səfərdə "Mançester Yunayted"ə 2:4 hesabı ilə uduzub.

Publika.az xəbər verir ki, bu məğlubiyyətdən sonra "Şeffild"in cari mövsümündə keçirdiyi 34 matçda buraxdığı qolların sayı 92 olub. Beləliklə, "ağ-qırmızılar" 2007/2008 mövsümündə "Derbi Kaunti"yə məxsus olan 89 qolluq (38 matçda) antirekordu qırıb.

İngiltərə Premyer Liqasında 42 matçın oynanıldığı mövsümün antirekordu 1993/1994 mövsümündə "Svindon Taun"a məxsusdur - 100 qoldur. Bu antirekorda "anil" olmaq üçün "Şeffild Yunayted" qalan 4 matçda daha 9 qol buraxmalıdır.

"Blades" 34 matçdan sonra 16 xalla Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm