PSJ-nin prezidentindən Laportaya: Axmaq fikrindən nə vaxt əl çəkəcəksən?
Bizi izləyin

İdman

PSJ-nin prezidentindən Laportaya: Axmaq fikrindən nə vaxt əl çəkəcəksən?

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Avropa Super Liqası ilə bağlı maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, "Barselona" və "Real"ın Avropa İttifaqı məhkəməsinin turniri təşkil etməyə icazə verən qərarına baxmayaraq, bu ideyadan imtina edəcəklərini iddia edib:

“Mən həmişə demişəm ki, Super Liqa olmayacaq. Çempionlar Liqası dünyanın ən yaxşı turniridir, "Real" və "Barselona" da orada oynayırlar. Çünki onlar bunun əhəmiyyətini anlayırlar.

“Barselona” ilə Çempionlar Liqasının cavab oyunundan əvvəl kataloniyalıların prezidenti Xuan Laportaya sual verdim ki, Superliqa ilə bağlı axmaq fikrindən nə vaxt əl çəkəcəksən? Əminəm ki, imtina edəcəklər, bunun mənası yoxdur”.

Qeyd edək ki, Avropa mətbuatı Superliqanın 2025-ci ildən keçiriləcəyini iddia edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm