“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
Bizi izləyin

İdman

“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi

“Bavariya”nın əfsanəsi Lotar Matteus klubun fəxri prezidenti Uli Hönesslə münaqişədə Tomas Tuxelin tərəfini tutub.

Publika.az xəbər verir ki, daha əvvəl “Bavariya”nın fəxri prezidenti Tuxelin gəncləri inkişaf etdirməkdənsə, futbolçu almağa üstünlük verdiyini bildirmişdi.

Tuxelin cavabı belə olmuşdu: “Bu, reallıqdan uzaqdır və mənim məşqçi şərəfimi təhqir etməkdir”.

“Ulidən lazımsız açıqlama. Mən onu başa düşmürəm. Ola bilsin ki, ona yanlış məlumat verilir. Ola bilsin ki, o, nəsə eşidir və tapmacanın parçalarını birləşdirə bilmir. Çempionlar Liqasının yarımfinalında” Real”la qarşılaşmaya üç gün qalıb. Belə qalmaqal heç kimə lazım deyil.

Tomas Tuxel haqlı olaraq əsəbiləşdi. Mən də qəzəblənərdim, çünki bu, düzgün iş deyil. Siz birlik yaratmalısınız, ən azı bir-iki həftə ərzində”, – “Bavariya”nın keçmiş oyunçusu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm