Rusiya ordusu daha bir şəhəri ƏLƏ KEÇİRDİ
Bizi izləyin

Avropa

Rusiya ordusu daha bir şəhəri ƏLƏ KEÇİRDİ

Rusiya ordusu daha bir şəhəri ƏLƏ KEÇİRDİ

Ukrayna Silahlı Qüvvələrinin (ASQ) bir neçə bölməsi geri çəkildikdən sonra Rusiya hərbçiləri Xarkov vilayətinin Çuhuiv rayonunun Volçansk şəhərinə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə "Life Shot" məlumat yayıb.

Nəşrin məlumatına görə, rus qırıcıları fəal şəkildə irəliləyir və Ukrayna Silahlı Qüvvələrinin bir neçə bölməsi Rusiya Silahlı Qüvvələrinin təzyiqi altında silah və texnikalarını ataraq qaçıb. Hazırda Liptsy kəndi ərazisində də döyüşlər gedir.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin onlarla ağır texnikası Volçanska doğru çəkilib. Bunun fonunda Ukrayna Silahlı Qüvvələrinin 100-dən çox döyüşçüsü mövqelərini tərk edib.

Hazırda bu istiqamətdə hücumlar davam edir.

Mayın 12-də Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində daha 4 kəndi - Qatişe, Krasnoe, Moroxovets və Oleynikovonu nəzarətə götürdüklərini açıqlayıb. Nazirlik bir gün əvvəl Rusiya Silahlı Qüvvələrinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Strelechya kəndlərini işğal etdiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski etiraf edib ki, bu həftə Xarkov vilayətində vəziyyət xeyli pisləşib. Ukrayna prezidenti Volodimir Zelenski isə Volçansk yaxınlığındakı vəziyyəti “son dərəcə çətin” adlandırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm