Tayson bu döyüşlə dünya rekordu qıracaq
Bizi izləyin

İdman

Tayson bu döyüşlə dünya rekordu qıracaq

Əfsanəvi amerikalı boksçu Mayk Tayson məşhur bloqger Ceyk Pol ilə döyüşdə ən uzun peşəkar karyerasına görə dünya rekordu qıracaq.

Publika.az xəbər verir ki, o, 1985-ci ilin martında peşəkar rinqdə debüt edib. Paula qarşı döyüş bundan 39 il (14.371 gün) sonra baş verəcək. Bununla "Dəmir Mayk" karyerası 34 il davam edən amerikalı Roy Consun rekordunu qıracaq.

Tayson ilə Pol arasında döyüş iyulun 20-də Arlinqtonda (ABŞ) baş tutacaq.

Qeyd edək ki, 57 yaşlı Mayk Tayson ağır çəkidə keçmiş dünya çempionudur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm