"Bayern"in qorxulu yuxusu: "Don Karlo" uduzmaq bilmir
Bizi izləyin

İdman

"Bayern"in qorxulu yuxusu: "Don Karlo" uduzmaq bilmir

“Real”ın baş məşqçisi Karlo Ançelottinin "Bayern" ilə bağlı uğurlu seriyası davam edir.

Publika.az xəbər verir ki, "Don Karlo" ləqəbli çalışdırıcı bütün məşqçilik karyerası ərzində Münhen klubuna uduzmayıb. Ötən gecə italiyalı mütəxəssisin rəhbərlik etdiyi "Los Blankos" Çempionlar Liqasının ilk yarımfinal matçında Almaniya klubu ilə heç-heçə edib - 2:2.

Ümumilikdə Ançelottinin komandaları “Bayern”lə 9 dəfə üz-üzə gəlib. İtalyan məşqçi 6 qələbə qazanıb və 3 dəfə heç-heçə edib.

Qeyd edək ki, 2016-2017-ci illərdə Ançelotti "Bayern"də çalışıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm