Qəzada həlak olan Rəisinin nəşi bu şəhərə göndərilir
Bizi izləyin

Region

Qəzada həlak olan Rəisinin nəşi bu şəhərə göndərilir

Mayın 19-da təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digərlərinin cənazələri vida mərasimindən sonra Qum şəhərinə göndəriləcək.

Publika.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Bu dəqiqələrdə Təbriz şəhərində vida mərasimi keçirilir.

Mayın 19-da ölkənin şimal-qərbində Verzeqan bölgəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət rəsmilərini daşıyan helikopter qəzaya uğrayıb. Mayın 20-də səhər saatlarında İranın vitse-prezidenti Möhsün Mənsuri prezidentin və onun nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı xəbərləri təsdiqləyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm