Bir ildir işsizdir, dünya vecinə deyil: Baham adalarında belə dincəlir - FOTOLAR
Bizi izləyin

İdman

Bir ildir işsizdir, dünya vecinə deyil: Baham adalarında belə dincəlir - FOTOLAR

David De Xea bir ildir yaşıl meydanlarda görünmür. İspaniyalı qolkiper "Mançester Yunayted"lə yollarını ayırdıqdan sonra komandasız qalıb.

Bununla belə, futbolçu işsizliyi özünə problem etmir. De Xea boşluqdan istirahət etməklə faydalanır. Baham adalarında dincələn 33 yaşlı qapıçı sosial şəbəkələrdə bir sıra fotolar yayımlayıb. O, Atlantik okeanının qumlu sahillərində gəzir, həyat yoldaşı və qızı ilə vaxt keçirir, eyni zamanda tennis oynayır.

Yay transfer pəncərəsinin açılmasına hələ kifayət qədər vaxt var. Bu o deməkdir ki, Davidin hələ bir müddət istirahət etmək imkanı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm