106 yaşı var, səmanı fəth edir: Ginnesin Rekordlar Kitabına düşdü
Bizi izləyin

İdman

106 yaşı var, səmanı fəth edir: Ginnesin Rekordlar Kitabına düşdü

Texaslı Alfred Blaşke 106 yaşında olmasına rəğmən, aktiv həyat tərzinə və inanılmaz rekordlar qırmağa davam edir.

Publika.az xəbər verir ki, o, bu yaxınlarda dünyanın ən yaşlı paraşütçüsü titulunu bərpa edib. Blaşkenin ötən il noyabrın 27-də imza atdığı nailiyyət nəhayət rəsmi olaraq qeydə alınaraq Ginnesin Rekordlar Kitabına düşüb. Texas qubernatoru Qreg Abbott ilə tandemdə Blaşke 2500 metr hündürlükdən tullanıb.

"Əgər bir şey edə bilməyəcəyinizi düşünürsünüzsə, sadəcə özünüzü aşağı qiymətləndirirsiniz. Bəzən sadəcə qərar vermək və cəhd etmək lazımdır", – deyə qocaman paraşütçü bildirib.

O, ilk dəfə 2017-ci ildə 100 yaşı tamam olan günü özünü paraşütlə tullanmada sınayıb. Bir neçə il sonra Blaşke rekordu yeniləyib. O, indi üçüncü dəfə dünyanın ən yaşlı paraşütçüsü olub.

Bir müddət əvvəl bu status 103 yaşlı İsveç sakininə məxsus idi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm