"Borussiya" yeni mövsümdə də ÇL-də olacaq: Möcüzə necə reallaşdı?
Bizi izləyin

İdman

"Borussiya" yeni mövsümdə də ÇL-də olacaq: Möcüzə necə reallaşdı?

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sı PSJ-yə minimal hesabla qalib gəlib.

Publika.az xəbər verir ki, bu nəticə sayəsində Almaniya Bundesliqası 2024/25 mövsümü üçün Çempionlar Liqasına beşinci vəsiqəni qazanıb.

2023/24 mövsümündə Avropanın iki ən yaxşı liqası ÇL-də əlavə yerlər uğrunda mübarizə aparıb. UEFA əmsallar reytinqində birinci yeri İtaliya Serie A-sı tutub. Bundesliqanın ikinci olacağı da artıq dəqiqləşib. Çünki mövsüm üçün Almaniya 18.357 xal toplayıb. İngiltərənin (hazırda 17.375) 18.250-dən çox xal toplamayacağı dəqidir. Fransa isə (16.083) 18,083-dən yüksək nəticəyə imza ata bilməyəcək.

Bununla növbəti mövsümdə Almaniyadan “Bayer”, “Bayern”, “Ştutqart”, “Leypsiq” və “Borussiya”nın (Dortmund) Çempionlar Liqasında çıxış edəcəyi rəsmiləşib.

Maraq üçün qeyd edək ki, Dortmundlular Bundesliqada son turlarda uğursuz çıxış etməklə ÇL-ə vəsiqə verən yerlərdən bir qədər aralı düşmüşdü. “Arılar” yalnız möcüzə sayəsində bunu reallaşdıra bilərdi. Eyni zamanda Avropanın bir nömrəli klub turnirində qalib olmaqla bu baş verə bilərdi. Buna baxmayaraq komanda PSJ-i məğlub etməklə Almaniya çempionatındakı intriqanı öldürüb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm