Ayrı yolu gedəcəklər: Çempionlar Liqasını qazansalar belə
Bizi izləyin

İdman

Ayrı yolu gedəcəklər: Çempionlar Liqasını qazansalar belə

"Bayern"in baş direktoru Yan-Kristian Driesen Münhen klubunun baş məşqçisi Tomas Tuxelin gələcəyi barədə danışıb.

Publika.az xəbər verir ki, funksioner Çempionlar Liqasını qazansalar belə, almaniyalı mütəxəssisin postunu tərk edəcəyini bildirib:

“Qərarları onların qəbul olunduğu situasiyaya əsasən qiymətləndirməliyik. O zaman vəziyyət başqa idi, indi tamam başqadır. Finala yüksəlmək və daha sonra Çempionlar Liqasını qazanmaq kimi dəqiq hədəfimiz var. Bu baş versə, biz Tuxel ilə sevinəcəyik və sonra ayrı yolları gedəcəyik”.

"Bayern" Çempionlar Liqasının ilk yarımfinal matçında "Real"la heç-heçə oynayıb (2:2). Cavab oyunu mayın 8-də Madriddə keçiriləcək.

Qeyd edək ki, mövsümün gedişində Tuxelin vəzifəsini tərk edəcəyi məlum olub. Alman mütəxəssisin klub ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm