"Barselona" gənc ulduzunu satır: Məşqçilər korpusu nədən narazıdır?
Bizi izləyin

İdman

"Barselona" gənc ulduzunu satır: Məşqçilər korpusu nədən narazıdır?

"Barselona" bu yay yarımmüdafiəçi Pedrini satmağa hazırdır.

Publika.az "Marca"ya istinadən xəbər verir ki, Pedrinin dünyanın ən istedadlı gənc yarımmüdafiəçilərindən biri sayılmasına baxmayaraq, Kataloniya klubu 21 yaşlı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Məşqçilər heyəti İspaniya millisinin üzvünün inkişafının istədikləri kimi getmədiyini düşünürlər. Bununla bağlı hesabat da hazırlayıblar.

İddia olunur ki, onun meydandankənar həyat tərzi, son illərdə tez-tez zədələrlə üzləşməsi futbolçunun gələcək karyerasını sual altına slır.

Buna görə "Barsa" Pedri ilə yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.

Qedy edək ki, bu mövsüm yarımmüdafiəçi 29 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm