"Qalatasaray"ın əfsanəsi: İndiki vaxtda qiymətim 300 milyon olardı
Bizi izləyin

İdman

"Qalatasaray"ın əfsanəsi: İndiki vaxtda qiymətim 300 milyon olardı

“Qalatasaray”, “Porto” və bir sıra digər komandaların sabiq hücumçusu Mario Jardel maraqlı açıqlama verib.

Publka.az xəbər verir ki, Braziliya millisində də çıxış etmiş futbolçu transfer bazarındakı cari məbləğlərdən danışıb:

“Hazırda 20 qol vuran futbolçu 150 milyon avroya satılır. Mario Jardel kimi 50-60 qol vuran futbolçu olsaydı, 300 milyon avroya başa gələcəkdi. Məbləğ artıb, keyfiyyət isə artmayıb”.

Mario Jardel 2000/01 mövsümündə "Qalatasaray"da çıxış edərək 43 matçda 34 qol vurub. Braziliyalı həm də “Porto”da 135 matçda 138, “Sportinq Lissabon”da isə 62 matçda 67 qola imza atıb.

O, 2011-ci ilin sonunda futbolla vidalaşıb. İndi Marionun 50 yaşı var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm