Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: Paşinyana qarşı birləşirlər?
Bizi izləyin

Region

Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: Paşinyana qarşı birləşirlər?

Tavuş hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bu gün Ermənistan Milli Konqresi partiyasının (rəhbəri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandır - red.) nümayəndələri Levon Zurabyan və Aram Manukyanla görüşüb.

Publika.az xəbər verir ki, keşiş bu barədə cümə günü jurnalistlərə bildirib.

Qalstanyanın sözlərinə görə, onlarla ölkədəki mövcud vəziyyəti və Erməni Milli Konqresinin mövqeyini müzakirə edib.

“ANC Baş nazir Nikol Paşinyanın istefası tələbinə şərikdirmi” sualına cavabında arxiyepiskop vurğulayıb ki, Ter-Petrosyanın partiyası bunu dəfələrlə səsləndirib.

“Məsələnin hakimiyyətin aradan qaldırılmasından başqa həlli yoxdur: bu gün Kirants olacaq, sabah Sünik olacaq və s. Bu, insan həyatı və taleyi məsələsidir”, - Baqrat deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm