"Bayern"in 12 mövsümlük seriyası qırıldı
Bizi izləyin

İdman

"Bayern"in 12 mövsümlük seriyası qırıldı

"Bayern" UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Real"a məğlub olub. "Santyaqo Bernabeu" arenasında keçirilən görüş 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksələn madridlilərin (ilk oyun 2:2) xeyrinə başa çatıb.

Publika.az xəbər veirr ki, nəticədə Münxen klubu bu mövsüm titulsuz qalıb. Bavariya təmsilçisi üçün bu mövsüm 2011/12 mövsümündən sonra ilk belə futbol ili olub.

2023/24 mövsümündə Tomas Tuxelin komandası çempionluq uğrunda mübarizədə “Bayer”ə uduzub, Almaniya kubokunda 1/16 final mərhələsində dayanıb və Almaniya Superkuboku uğrunda görüşdə məğlub olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm