Onu bağışlayan xanıma təzyiq edirlər: Təcavüzkarı sevirsən - FOTOLAR
Bizi izləyin

İdman

Onu bağışlayan xanıma təzyiq edirlər: Təcavüzkarı sevirsən - FOTOLAR

Bir müddət əvvəl həbsdən çıxaraq azadlığa qovuşan "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşin həyatı yavaş-yavaş yaxşılaşır.

Publika.az xəbər verir ki, “Barselona”nın keçmiş müdafiəçisi gecə klubunda qıza təcavüz etməkdə təqsirli bilinərək 4,5 il həbs və daha 5 il şərti cəza alıb. Martın sonunda o, 1 milyon avro girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Barselona məhkəməsi braziliyalının azadlığa buraxılması qərarını ləğv etmək istəyən prokurorların və zərərçəkənin vəkili Ester Qarsiyanın şikayətlərini rədd edib.

Dani Alveşin həyat yoldaşı futbolçudan ayrıldığını açıqlayıb. İdman Ekspresi

İndi Alveş azadlıqda daha yaxşı vəziyyətdə görünür. O, keçmiş xanımı ilə münasibətlərini düzəltməyə çalışır. Buna səbəb isə Coana Sansın Alveşin üzləşdiyi ittihamdan qısa müddət sonra boşanmaq üçün ərizə verməsidir. Hətta ispaniyalı xanım Danidən ayrıldığını açıqlayıb.

Görünür "sambaçı" onun fikrini dəyişməyin yolunu müəyyən qədər tapıb. Aprelin əvvəlində Sans sosial şəbəkələrdə Alveşlə əl-ələ tutduqları fotonu yayımlayıb. Ancaq daha sonra paylaşımı silib.

Buna səbəb xanımın İspaniya ictimaiyyəti tərəfindən tənqid edilməsi olub. Xüsusilə teleaparıcı Patrisiya Pardo Dani Alveşin keçmiş həyat yoldaşını tənqid edib: “Mən bu qadını qətiyyən qınamaq fikrində deyiləm. Hər kəs öz həyatını və hisslərini istədiyi kimi idarə etməkdə azaddır. Alveşlə həmişə bir yerdə idilər, onu həmişə sevirdi. Nə üçün onun xeyrinə ifadə vermək lazım idi? Sadəcə onu sevir. Təcavüzkarı sevdiyini başa düşsün. Ehtimal ki, hələ son hökm yoxdur. Hamısı budur".

Dani Alves və Joana Sanz

Mayın 6-da, Daninin ad günündə Sans onun xalatlı fotosunu təsirli yazı ilə yayımlayıb: “Yenidən başlamaq üçün daha bir il. Özünü yenidən toparlamq üçün daha bir il. Kədər göz yaşlarını sevinc göz yaşlarına çevirmək üçün bir il daha. Daha bir il böyümək. Yenidən xoş gəlmisən. Mən səni sevirəm".

Publika.az

Модель Джоана Санс

Модель Джоана Санс

Oxumağa davam et
Reklam
Reklam

Gündəm