Martda Bakıda olan sarışın gözəli sevgilisinə necə uğur gətirdi? - FOTOLAR
Bizi izləyin

İdman

Martda Bakıda olan sarışın gözəli sevgilisinə necə uğur gətirdi? - FOTOLAR

"Aston Villa"nın qadınlardan ibarət komandasının ulduz futbolçusu Alişa Lemann yenidən diqqət mərkindədir.

Publika.az xəbər verir ki, cari mövsümün böyük hissəsini zədəyə görə buraxan isveçrəli sarışın gözəl əvəzində şəxsi həyatında irəliləyişə nail olub. O, bu mövsüm tarix yazaraq Çempionlar Liqasına vəsiqə qazanan Birmingem təmsilçisinin kişilərdən ibarət komandasının üzvü Duqlas Lui ilə münasibətdədir.

Braziliyalı futbolçu "Villa"nın liderlərindən biridir. O, Premyer Liqada 33 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Cütlüyün 2023-cü ilin yayından görüşdüyü bildirilir. Həmin vaxtdan Alişa cəmi 21 oyunda meydana çıxıb və 5 qol vurub. Onun qadınların Super Liqasındakı statistikası heç də yaxşı hesab edilmir - 15 matç və 2 qol.

Aprelin əvvəlində İsveçrə millisi ilə Azərbaycana səfər edən və böyük hesablı qələbə qazanan 25 yaşlı yarımmüdafiəçi yalnız martdan sonra zədələrdən xilas olaraq daimi oynamaq imkanı qazanıb.

Lemanndan fərqli olaraq Duqlas üçün mövsüm uğurlu keçib. "Aston Villa" UEFA Konfrans Liqasında yarımfinala qədər irəliləyib. Komanda eyni zamanda sensiyalı şəkildə qitənin bir nömrəli klub turnirinə vəsiqə qazanıb. Bu, "aslanlar" üçün tarixi uğur hesab edilir. Çünki Birmingem klubu 41 illik fasilədən sonra ÇL-də mübarizə aparmaq imkanı qazanıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm