Mövsümün ən qüvvətli qolu açıqlandı: Sürətə baxın - VİDEO
Bizi izləyin

İdman

Mövsümün ən qüvvətli qolu açıqlandı: Sürətə baxın - VİDEO

İngiltərə Premyer Liqasında mövsümün ən qüvvətli qoluna görə mükafatı "Aston Villa"nın yarımmüdafiəçisi Mussa Diabi qazanıb.

Publika.az xəbər verir ki, Fransa millisinin 24 yaşlı futbolçusu “Vulverhempton”la qarşılaşmada fərqlənib. Diabinin zərbəsindən sonra topun sürəti 109,84 km/saata çatıb.

Diabi "Kristal Pelas"ın hücumçusu Ebereçi Ezeni ("Aston Villa" ilə matçda 104,62 km/saat), "Vest Hem"in yarımmüdafiəçisi Ceyms Uord-Prauzu ("Vulverhempton" ilə oyunda 102,92 km/saat), "Çelsi"nin hücumçusu David Datro Fofananı ("Vest Hem" ilə görüşdə 102,78 km/saat) "Liverpul"un yarımmüdafiəçisi Aleksis McAllisteri ("Şeffild Yunayted" ilə qarşılaşmada 102,53 km/saat) qabaqlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm