İşsiz qalmayacaq: İngiltərə nəhəngi onu izləyir
Bizi izləyin

İdman

İşsiz qalmayacaq: İngiltərə nəhəngi onu izləyir

Ötən gün "Çelsi"dən ayrılan argentinalı mütəxəssis Maurisio Poçettinonun işsiz günləri qısa çəkə bilər.

Publika.az xəbər verir ki, o, “Mançester Yunayted”in baş məşqçi postuna namizəddir. "Qırmızı şeytanlar" uzun müddətdir Poçettinonı izləyir. Mançester təmsilçisinin rəhbərliyi 52 yaşlı məşqçi ilə əməkdaşlıq etməyi ciddi düşünür.

Lakin əvvəlcə mankunianlar hazırkı baş məşqçi Erik ten Haqla bağlı qərar verməli olacaq. Niderlandlı mütəxəssisin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, Maurisio Poçettinonun rəhbərliyi altında "Çelsi" Premyer Liqada 63 xal toplayaraq 6-cı olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm