"Yuventus" yalnız onu istəyir
Bizi izləyin

İdman

"Yuventus" yalnız onu istəyir

“Yuventus” rəhbərliyi Massimiliano Alleqrinin gedişindən sonra boş qalan baş məşqçi postuna yalnız bir nəfəri gətirmək istəyir.

Publika.az xəbər verir ki, söhbət "Bolonya"ya rəhbərlik edən Tyaqo Mottadan gedir. İnsayder Fabrisio Romanonun sözlərinə görə, şaiyələrə baxmayaraq, Turin klubu başqa məşqçilərlə danışıqlar aparmır.

Mottaya təklif ediləcək müqavilə hazırdır. Hətta tərəflər arasında şifahi razılaşmanın olduğu da iddia edilir. "Qoca Sinyora" ona 2+1 illik sözləşmə təklif edir. 41 yaşlı mütəxəssisin Turin klubundakı illik qazancı 3,5 milyon avro olacaq. Onun təyinatı gələn həftə açıqlana bilər.

"Bolonya" İtaliya A Seriyasının turnir cədvəlində 37 turdan sonra əlavə göstəricilərə görə "Yuventus"u qabaqlayaraq üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, "Yuve" Massimiliano Alleqrini İtaliya kubokunun finalında "Atalanta" ilə matçda (1:0) qalmaqallı hərəkətlərinə görə qovub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm