Futbolda növbəti yenilik: Çəhrayı kart nə işə yarayacaq?
Bizi izləyin

İdman

Futbolda növbəti yenilik: Çəhrayı kart nə işə yarayacaq?

Bu yay ABŞ-da keçiriləcək Amerika Kubokunda futbol adına ilk yaşanacaq.

Publika.az xəbər verir ki, sözügedən turnirdə çəhrayı kartlardan istifadə olunacaq. Bu kart kəllə-beyin travması şübhəsi ilə təcili dəyişdirilməsi lazım olan futbolçu üçün nəzərdə tutulub.

Qeyd olunur ki, komandaların 6 və ya 7 dəyişiklik icazəsi olacaq. Bu qayda hələ inkişaf mərhələsindədir.

Çəhrayı kart prosesində məşqçilər hakimi əvvəlcədən xəbərdar etməlidirlər. Əvəz olunan futbolçu meydana qayıda bilməyəcək. Bu əvəzləmə hər oyunda yalnız bir dəfə olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm