"Barsa"da işləməyə razılıq verdi: Xavinin yerinə görün kim göz dikib
Bizi izləyin

İdman

"Barsa"da işləməyə razılıq verdi: Xavinin yerinə görün kim göz dikib

"Bavariya"nın və Almaniya millisinin keçmiş baş məşqçisi Hans-Diter Flik tezliklə "Barselona"nın baş məşqçisi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Tərəflər artıq danışıqlar aparıblar. Flik və "Barsa"nın idman direktoru Deko arasındakı söhbət müsbət keçib. Funksioner artıq klub rəhbərliyinə bu barədə məlumat verib. Heç bir problem baş verməsə, hazırkı baş məşqçi Xavi gələn həftə istefa verəcək.

Almaniyalı mütəxəssis "Barselona"da işləmək üçün hətta "Çelsi"dən gələn sərfəli təklifdən imtina edib. O, Xavi ətrafında yaranan vəziyyəti diqqətlə izləyib və gələn təklifləri rədd edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm