Sadiqlik nümunəsi: Görün futbol kimi itirir - FOTOLAR
Bizi izləyin

İdman

Sadiqlik nümunəsi: Görün futbol kimi itirir - FOTOLAR

Son günlərin ən çox müzakirə edilən futbolçularından biri də Toni Kroosdur. "Real"ın əfsanəsinə çevrilən almaniyalı yarımmüdafiəçi bir neçə gün öncə futbol dünyasını şoka salan qərar verdi. O, Avropa çempionatından sonra futbolçu karyerasını başa vuracağını açıqladı.

Onun gedişi gözlənilən deyildi. Hər kəs ən azı daha 1 il futbol oynayacağını düşünürdü. Hətta Madrid klubunun qazanılan uğurlara rəğmən, kapitanlarından və əsas liderlərindən birinə ehtiyacı var idi. Ancaq Kroos hər kəsi təəssüfləndirən qərar verdi. Onun bu addımı belə mükəmməl idi. Çünki futbolu karyerasının zirvəsində buraxmaq istədi.

Toni futbolçu kimi hər zaman əsl nümunə olub. Meydanda və kənardakı davranışları ilə həm azarkeşlərin, həm də komanda yoldaşlarının sevimlisinə çevrilib. Nizam-intizam, sadiqlik rəmzi hesab edilir. O, sözün əsl mənasında mənəvi dəyərilərin, geydiyi formanın da, hətta idman ayaqqabısının da qədrini bilən biri kimi xatırlanacaq.

Madridistas out & about: #8 Toni Kroos - Jessica Faber

Onun karyerası kimi şəxsi həyatı da, ailəsi də nümunəvidir. Toni 2008-ci ildə 18 yaşında tanış olduğu Cessika adlı xanımla 16 ildir ömür sürür. Onlar 2015-ci ildə gizli şəkildə münasibətlərini rəsmiləşdiriblər. Mərasimdə ailə üzvləri ilə yanaşı, sadəcə "Real"dakı həmkarları, məşqçilər və rəhbər heyət iştirak edib.

Real Madrid Family

Cütlüyün 3 övladı var. Kroos ilk dəfə toydan əvvəl, 2013-cü ildə ata olub. Onun Leon adlı oğlu dünyaya gəlib. 2016-cı ildə Amelye adlı qızı və 3 il sonra Fin adlı daha bir oğlu doğulub. Cessika həmişə Kroosun yanında olur. O, uşaqları ilə birlikdə matçlara gedir.

Toni y Jessica Kroos presentan a su tercer hijo

Toninin müsbət kefiyyətlərə malik insan olduğunu qeyd etmişdik. Onun ağır genetik xəstəlikləri olan uşaqlara yardım edən "Toni Kroos Stiftung" adlı xeyriyyə fondu var. Cessika orada məsul şəxsdir. Lakin Kroos da fondun işlərindən kənarda qalmır.

Ailənin gələcək planları da məlumdur. Kroos 2014-cü ildə incik tərk etdiyi vətəni Almaniyaya dönmək fikrində deyil. Orada layiq olduğu dəyəri görməyən Tonu futbolçu karyerasını bitirdikdən sonra Mayorkada yaşamağı planlaşdırır. Hazırda onun evi oradadır. Ailəsi adada məskunlaşıb.

Bundan sonra Kroosun karyerasında barmaqla sayılacaq qədər oyun qalıb. "Real"ın forması ilə cəmi 2 matç keçirəcək. Martın 25-də "Betis"lə görüşdə Madrid klubunun heyətində sonuncu dəfə "Santyaqo Bernabeu"da meydana çıxacaq. Artıq qarşılaşma üçün satışa çıxarılan bütün biletlər satılıb. "Real" futbolçu üçün vida mərasimi də keçirəcək.

Amma onun ayrılıqdan öncə daha bir vacib matçı qalıb. Londonda - Çempionlar Liqasının finalında qazanılacaq qələbə Toni və ailəsi üçün möhtəşəm vida ola bilər.

Kross vətənindən illər əvvəl incik ayrılsa da, Almaniyada keçiriləcək Avropa çempionatında sonuncu dəfə səhnə alacaq. O, milli karyerasını başa vurmasına rəğmən, baş məşqçi Yulian Naqelsmannın xahişi ilə Avro-2024-də bundestimə kömək edəcək. Onun bu macərasının necə alınacağını isə bir aydan sonra biləcəyik.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm