Azərbaycanlı Ardadan Türkiyədə möhtəşəm qol - VİDEO
Bizi izləyin

İdman

Azərbaycanlı Ardadan Türkiyədə möhtəşəm qol - VİDEO

"Qarabağ"ın U-14 komandasının futbolçusu Arda Əzizli baxımlı qola imza atıb.

Publika.az xəbər verir ki, yeniyetmə futbolçu Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" turnirində fərqlənib. Arda “Özerspor”la qarşılaşmanın son anlarında - əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə uzaq məsafədən möhtəşəm qol vurub.

Əzizli eyni zamana sözügedən görüşdə "Qarabağ"a qələbə qazandırıb. Nəticədə onun komandası nüfuzlu turniri 5-ci sırada başa vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm