Lunyev "Qarabağ"la yeni müqavilə niyə bağlamır?
Bizi izləyin

İdman

Lunyev "Qarabağ"la yeni müqavilə niyə bağlamır?

“Qarabağ”ın qapıçısı Andrey Lunyev klubu ilə yeni müqavilə imzaladığı barədə yayılan informasiyalara münasibət bildirib.

Publika.az xəbər verir ki, rusiyalı futbolçu “Match TV”-ə açıqlamasında bu iddiaları təkzib edib:

“Hər bir futbolçu haqda belə xəbərlər çıxır və bunu normal hesab edirəm. Bütün məsələlər mövsümün sonunda həllini tapacaq. Hazırda diqqətimi “Qarabağ”ın oyunlarına yönəltmişəm. Qarşıda bizi vacib görüşlər gözləyir. Kubokun finalında oynayacağıq”.

Qeyd edək ki, 32 yaşlı qapıçının “Qarabağ”la qüvvədə olan müqaviləsinin müddəti mövsümün sonunda bitir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm