"Forbes" dünyanın ən dəyərli futbol klubunu açıqladı: 3 ildir...
Bizi izləyin

İdman

"Forbes" dünyanın ən dəyərli futbol klubunu açıqladı: 3 ildir...

"Forbes" jurnalı "Real"ın dünyanın ən dəyərli futbol klubu oluğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Madrid təmsilçisinin dəyəri 6,6 milyard dollardır. "Los Blankos" artıq üçüncü ildir ki, zirvəni heç bir kluba vermir.

Məlumata görə, "Real"ın dəyəri keçən illə müqayisədə 9% artıb.

Bundan əlavə, İspaniya nəhəngi ən çox gəlir əldə edən klubdur - 873 milyon dollar. Klub sponsorlardan ildə orta hesabla 205 milyon dollar qazanır ki, bu da dünya futbolu üçün rekord məbləğdir.

"Forbes"in siyahısında ikinci yerdə “Mançester Yunayted” (6,55 milyard), üçüncü sırada isə “Barselona” (5,6 milyard) qərarlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm