“Yuventus” əfsanəni geri qaytarır - Vəzifə verəcək
Bizi izləyin

İdman

“Yuventus” əfsanəni geri qaytarır - Vəzifə verəcək

İtaliya millisinin heyətində Avropa çempionu olan Corcio Kellini “Yuventus”a qayıda bilər.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, sabiq futbolçu Turin klubunda texniki vəzifələrdən birini tutacaq və “Yuve”nin əsas komandası ilə sıx əməkdaşlıq edəcək.

Kellini 2005-ci ildən 2022-ci ilə kimi “Yuventus”da oynayıb, sonra “Los-Anceles”ə keçib və burada futbolçu karyerasını bitirib. 2024-cü ilin yanvarında isə Amerika klubunun məşqçilər korpusuna qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm