Türkiyə ordusu daha 48 terrorçunu məhv etdi
Bizi izləyin

Dünya

Türkiyə ordusu daha 48 terrorçunu məhv etdi

Türkiyədə son bir həftə ərzində həyata keçirilən əməliyyatlar zamanı 48 terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən Türkiyə hərbçiləri tərəfindən 1048 terrorçu məhv edilib.

Antiterror əməliyyatları həm Türkiyə ərazisində, həm də Şimali İraq və Suriyanın qonşu bölgələrində aparılır.

Müdafiə Nazirliyi Türkiyə dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısının alınması statistikasını da açıqlayıb. "Təkcə son bir həftə ərzində hərbçilər tərəfindən sərhədi qanunsuz olaraq keçən 1390 şəxs saxlanılıb, onlardan on nəfərinin terror təşkilatlarına aid olduğu müəyyən olunub", - deyə nazirlikdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm