Polkovniki girov götürən məhbuslar 3 dəqiqədə məhv edildi - YENİLƏNDİ
Bizi izləyin

MDB

Polkovniki girov götürən məhbuslar 3 dəqiqədə məhv edildi - YENİLƏNDİ

Rostov vilayətində istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb.

Terrorçularla danışıqlar nəticə verməyib, xüsusi təyinatlılar Rostov istintaq təcridxanasına hücum ediblər.

Hücum təxminən 3 dəqiqə davam edib. Rostov İstintaq Təcridxanasının əməkdaşları xəsarət almayıblar.

***

Altı məhbus Rostov-Dondakı istintaq təcridxanasının kamerasındakı pəncərə barmaqlıqlarını qıraraq, növbətçi məntəqəyə daxil olublar.

Publika.az xəbər verir ki, bu barədə "Telegram"da "Baza" kanalı məlumat yayıb.

Bildirilib ki, məhbuslar orada işçiləri girov götürüblər. Əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Aleksandr B. və 1 saylı istintaq təcridxanasının növbətçi xidmətinin kiçik inspektorunun girov götürüldüyü qeyd edilib.

Rostov həbsxanasına hücum edənlərin 5-nin kimliyi müəyyən edilib: M.Ş. Saypudinov (Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci bəndi a.g.), A.M.Çiçkiyev (Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndi), D.V.Kamneyev (Cinayət Məcəlləsinin 288.2-ci maddəsi), T.M.Gireyev (Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi), Ş.A.Akiyev (CM-nin 205.5-ci maddəsinin 2-ci bəndi).

Gireyev, Çiçkiyev və Akiyev 2023-cü ilin dekabrında İŞİD-də iştirakda və terror aktı hazırlamaqda (onlar Qaraçayevo-Çərkəz Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırırdılar) mühakimə olunublar. Gireyev və Akiyev 18 il, Çiçkiyev isə 18 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq təcridxanasında girov götürən cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

İlkin məlumata görə, girov götürənlərin buna bir neçə aydır hazırlaşdığı məlum olub. Onların hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılır.

Onlarla danışıqlar aparılır. Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm