AVRO-2024: Niderland Polşaya qalib gəldi
Bizi izləyin

İdman

AVRO-2024: Niderland Polşaya qalib gəldi

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.

Publika.az xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.

Hamburq şəhərində gerçəkləşan qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo “status-kvo”nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə 7 dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm